Belçika millisinin üzvü “Leypsiq”də
17.07.2025 - 17:45

"Leypziq" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSV-dən Yohan Bakayokonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypsiq" belçikalı vinger üçün Niderland klubuna 22 milyon avro təzminat ödəyəcək. 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Futbolçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Belçika millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0