Belçikalı vinger “Çelsi”nin radarında
16.06.2025 - 22:05

İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "zadəganlar" "Lion" forması geyinən 20 yaşlı Malik Fofananı transfer etmək niyyətindədir.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa klubu oyunçu üçün 50 milyon avro tələb edir. Hər iki komanda arasında danışıqlar davam edir.
Qeyd edək ki, belçikalı vinger bu mövsüm "Lion"un heyətində çıxış etdiyi 41 rəsmi matçda 11 qol, 6 assistlə yadda qalıb.
1
0