Berke Özerdən daha bir rekord - AVROLİQA TARİXİNDƏ İLK
12.12.2025 - 02:14
Berke Özerdən daha bir rekord - AVROLİQA TARİXİNDƏ İLK

“Lill” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Yanq Boys”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, Fransa təmsilçisi gərgin keçən matçda rəqibinə minimal hesabla məğlub olub – 0:1.

Oyunu 4 qurtarışla başa vuran qonaqların qapıçısı Berke Özer Avropa Liqasının tarixinə düşüb.

Belə ki, 25 yaşlı qolkiper görüşün 34-cü dəqiqəsində qapısına təyin olunan penalti zərbəsini dəf edib. Bununla da o, Avropa Liqasının tarixində bir mövsümdə 3 penalti zərbəsini qaytaran ilk qapıçı olub.

Qeyd edək ki, Berke bu ilin yayında “Göztəpə”dən “Lill”ə 4,5 milyon avroya transfer olunub.