"Beşiktaş"ta Kerem Aktürkoğlu səsləri
25.07.2025 - 18:56
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Beşiktaş"da transfer çalışmaları davam edir.
Apasport.az xəbər verir ki, Orkun Kökçü, Tammy Abraham və David Yuraseki heyətinə qatan "ağ-qaralar" Kerem Aktürkoğlu ilə də maraqlanır.
Məlumata görə, "qartallar" Aktürkoğlu üçün bonuslar da daxil olmaqla, təxminən 25 milyon avro təklif edib.
Kerem Aktürkoğlunun "Beşiktaş"a gəlməyi qəbul etdiyi və son qərarın "Benfika" ya aid olduğu iddialar arasındadır.
Ötən mövsüm 12 milyon avroya "Benfika"ya transfer olan Kerem Aktürkoğlu 53 rəsmi matçda 16 qol vurub, 13 məhsuldar ötürmə edib.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0