Bielsa istefa verdi - Uruqvay millisində ayrılıq
01.07.2026 - 01:27
Bielsa istefa verdi - Uruqvay millisində ayrılıq

Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa vəzifəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, 69 yaşlı argentinalı mütəxəssis istefa qərarı verib.

Bielsanın ayrılığı DÇ-2026-da Uruqvayın uğursuz çıxışından sonra baş tutub. Cənubi Amerika təmsilçisi qrup mərhələsini adlaya bilməyərək turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, Bielsa Uruqvay millisini 2023-cü ilin mayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2024-cü il Amerika Kubokunda yarımfinala yüksəlmişdi.