Bir-birinin ardınca transfer xəbərlərini açıqlamağa başlayan "Fənərbaxça"nın "Real Madrid"də çıxış edən Brahim Diazla müqavilə bağladığı barədə məlumatlar yayılıb.
Apasport.az "AS"a istinadla xəbər verir ki, Diaz komandasını dəyişmək istəmir. Mərakeşli ulduzun karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Xəbərdə onun Türkiyəyə getmək istəmədiyi və "Fənərbaxça"ya transfer olma ehtimalının çox az olduğu bildirilsə də, onun agentinin "Real Madrid"lə müqaviləni yeniləmək üçün danışıqlar apardığı qeyd edilib.
"Real Madrid"lə 2027-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçunun bazar dəyəri 40 milyon avrodur.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO