Portuqaliya təmsilçisi “Braqa” da “Qarabağ”ın Çempionlar Liqasına yüksəlməsi ilə bağlı paylaşım edib.
Apasport.az xəbər verir ki, klub sosial şəbəkə platforması “TikTok”da yayımladığı video ilə Ağdam təmsilçisini təbrik edərək qürur hissi keçirdiyini bildirib:
“Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini övladı ilə fəxr edən ata hissi ilə izləyirik”.
Xatırladaq ki, “Qarabağ” və “Braqa” 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşıb. İlk oyunda Ağdam klubu səfərdə 4:2 hesabı ilə qalib gəlib, cavab görüşündə isə “Braqa” 3:2 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə əsasən, “Qarabağ” ümumi 6:5 hesabı ilə mərhələ adlamışdı.
Qeyd edək ki, “Braqa” hazırda UEFA Avropa Liqasındakı mübarizəsini davam etdirir.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı