İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Milluoll”dan Femi Azizi transfer edib.
25 yaşlı nigeriyalı vingerlə 4 illik müqavilə imzalanıb.
Klubun açıqlamasında transferin maliyyə detalları barədə məlumat verilməyib. Bildirilib ki, tərəflər sövdələşməni transfer pəncərəsinin bağlanmasından əvvəl tamamlamaq üçün əlavə vaxtdan yararlanıblar.
Aziz bu ilin iyununda Nigeriya millisində debüt edib. O, Zimbabve ilə 2:0 hesabı ilə başa çatan görüşdə komandasının hər iki qolunu vurub. Futbolçu daha sonra Yamayka ilə 3:0 hesablı matçda məhsuldar ötürmə ilə yadda qalıb.