Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi
09.11.2025 - 00:03
Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi

Almaniya Bundesliqasında bu gün keçirilən qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, turun ən böyükhesablı qələbəsini “Bayer Leverkuzen” qazanıb. Leverkuzen təmsilçisi doğma meydanda “Haydenhaym”ı 6:0 hesabı ilə darmadağın edib.

“Hoffenhaym” da evdə “RB Leyptsiq” üzərində inamlı qələbə qazanıb – 3:1. Günün digər maraqlı oyununda “Union Berlin” öz meydanında “Bavariya” ilə heç-heçə edib - 2:2.

“Borussiya Dortmund” səfərdə “Hamburq”la 1:1 hesabı ilə xalları bölüşüb. “Borussiya Münhenqladbax” isə “Köln” üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Bundesliqa

X tur

“Bayer Leverkuzen” – “Haydenhaym” 6:0
“Hamburq” – “Borussiya Dortmund” 1:1
“Hoffenhaym” – “RB Leyptsiq” 3:1
“Union Berlin” – “Bavariya” 2:2
“Borussiya Münhenqladbax” – “Köln” 3:1