"Liverpul" yayda komandadan ayrılacağını açıqlayan Trent Aleksandr-Arnolda əvəzləyici tapıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Bayer"ə çıxış edən Ceremi Frimponqu transfer etmək istəyir.
Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
Niderlandlı sağ cinah müdafiəçisinin Almaniya klubu ilə müqaviləsində bu yay üçün qüvvədə olacaq 35 milyon avroluq sərbəstqama maddəsi var. "Liverpul" 24 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Bayer" Ceremi Frimponqu 2021-ci ilin yanvar ayında "Seltik"dən transfer edib.
Niderland millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 12 məhsuldar ötürmə ilə adda qalıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI