Cekson “Bavariya” ilə razılığa gəldi
01.09.2025 - 19:25
Cekson “Bavariya” ilə razılığa gəldi

“Çelsi”nin forvardı Nikolas Cekson karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Bavariya” ilə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, Münhen klubu oyunçunu 15 milyon avro qarşılığında 1 illik icarəyə götürəcək. 

Müqavilədə məcburi satınalma bəndi də yer alacaq. “Bavariya” mövsümün sonunda Ceksonla 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Nikolas Cekson 2023-cü ildə “Vilyareal”dan “Çelsi”yə 37 milyon avroya transfer olunmuşdu.