"Çelsi" son dəqiqədə məğlub oldu
26.10.2025 - 00:13
İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" doğma meydanda "Sanderlend"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 17-yə yüksəldən "Sanderlend" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Çelsi" isə 7-ci yerdədir.
"Çelsi" - "Sanderlend" 1:2
"Nyukasl" - "Fulhem" 2:1
"Mançester Yunayted" - "Brayton" 4:2
0
0