"Çelsi"nin bazasında oğurluq: Klub polisə müraciət etdi
07.08.2025 - 12:43

"Çelsi"nin bazasında oğurluq hadisəsi baş verib.
Apasport.az xəbər verir ki, bu barədə "Sun" nəşri məlumat yayıb.
Komandanın məşq meydançasında yer alan 30 min funt-sterlinq dəyərində avadanlıq itib.
"Zadəganlar" bununla bağlı polisə müraciət edib.
"Çelsi" hələ ki, itkin avadanlıqların tapılması ilə əlaqədar vaxt və şəraitlə bağlı şərh verməkdən imtina edib.
Qeyd olunur ki, londonlular futbolçuların fiziki, texniki, taktiki və psixoloji hazırlığını təkmilləşdirmək üçün məşq və matçların video çəkilişlərindən fəal istifadə edirlər.
0
0