Daha 3 il “Bavariya”da - RƏSMİ
20.07.2026 - 23:18
“Bavariya” futbolçusu Konrad Laimerin müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Avstriya millisinin yarımmüdafiəçisi ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Laimer 2023-cü ildən “Bavariya”nın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxaraq 3 qol vurub və 13 məhsuldar ötürmə verib.
0
0