Daha bir klub Türkiyə Kubokundan imtina etdi - Rəsmi
09.12.2024 - 12:36
Super Liqa təmsilçilərindən "Kasımpaşa" 2024/25 mövsümündə Ziraat Türkiyə Kubokunda iştirak etməmək qərarına gəlib.
Apasport.az Türkiyə Futbol Federasiyasına (TFF) istinadla xəbər verir ki, "Kasımpaşa"nın bu mövsüm kubokda iştirak etməyəcəyi rəsmiləşib.
TFF-nin müvafiq idarə heyətinin bu vəziyyətlə bağlı lazımi qiymətləndirmələri aparacağı bildirilib.
Xatırladaq ki, TFF bundan öncə "Fənərbaxça"nın da bu mövsüm Ziraat Türkiyə Kubokunda iştirak etməyəcəyini açıqlamışdı.
- Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı
- Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
- “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
0
0