Darvin Nunyez rəsmən “Əl-Hilal”da
10.08.2025 - 00:05
Darvin Nunyez rəsmən “Əl-Hilal”da

"Liverpul"un hücumçusu Darvin Nunyez karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu "Əl-Hilal"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 3 illik müqavilə imzalanıb. "Əl-Hilal" bu keçid üçün mersisaydlılara 53 milyon avro ödəyəcək.

Qeyd edək ki, Uruqvay millisinin üzvü olan Nunyez "Liverpul"un heyətində çıxış etdiyi 143 rəsmi matçda 40 qol və 26 assistlə yadda qalıb.