2026-cı il dünya çempionatı öncəsi isti hava şəraiti yenidən müzakirə mövzusuna çevrilib.
Apasport.az xəbər verir ki, mundiala qatılacaq Norveç millisi ABŞ-dakı hazırlıq prosesində yüksək temperaturla üzləşib.
Məlumata görə, Skandinaviya təmsilçisi isti hava səbəbindən məşqlərdən birini planlaşdırılandan tez başa vurub.
İstiyə daha artıq dözə bilməyən futbolçular məşqi yarımçıq saxlayıblar.
Xatırladaq ki, komandanın üzvü Morten Torsbi daha əvvəl FIFA-nın mundial zamanı istilərlə bağlı təhlükəsizlik tədbirlərini artırmalı olduğunu bildirmişdi.
Qeyd edək ki, Norveç millisi 1998-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək.
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
- “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
- İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır
- “Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO
- Leaodan ayrılıq siqnalı – Premyer Liqa və La Liqanı istəyir