Dumfris “Real” yolunda
03.06.2026 - 10:32
Denzel Dumfris "İnter"i tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, futbolçu karyerasını "Real"da davam etdirmək üzrədir.
Niderlandlının keçidinin 20 milyon avroya başa gələcəyi bildirilir.
Tərəflər arasında danışıqlar gedir. Müdafiəçi özü də "Real"da oynamaq niyyətindədir.
Qeyd edək ki, Dumfris 2021/22 mövsümündən "İnter"in formasını geyinir.
0
0