“Əl-Əhli”nin futbolçusu “Tottenhem”in radarında
09.11.2025 - 10:55
"Əl-Əhli"nin hücumçusu Ayven Toni İngiltərəyə qayıtmağa yaxındır.
Apasport.az xəbər verir ki, "Tottenhem" 29 yaşlı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Team Talk" nəşri məlumat yayıb.
London klubu Tonini yanvar ayında satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Təcrübəli forvard özü də İngiltərə millisinin DÇ-2026 heyətində yer almaq üçün "Tottenhem"də oynamağa müsbət yanaşır.
Qeyd edək ki, "Əl-Əhli" Ayven Tonini 2024-cü ilin yayında "Brentford"dan 42 milyon avroya transfer edib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0