“Əl-Hilal”ın portuqaliyalı müdafiəçisi Joao Kanselo “Barselona”ya keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, katalonlar futbolçu ilə müqavilə imzalamaq üzrədir.
Daha əvvəl “Əl-Hilal”ın Kanselo üçün “İnter”dən də təklif aldığı və bu səbəbdən oyunçunun qərar vermək üçün vaxt istədiyi bildirilmişdi.
Lakin 31 yaşlı müdafiəçi “Barselona”nın onun üçün əsas prioritet olduğunu gizlətməyib və böyük ehtimalla karyerasını İspaniya təmsilçisində davam etdirəcək. Müqavilənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Joao Kanselo 2023/2024 mövsümündə "Barselona"nın şərəfini qoruyub.