"Everton"dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda
11.08.2025 - 13:18
"Everton"dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda

“Everton”dan ayrılan İbrahima Dukurenin yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi “Neom”a transfer olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Mali millisinin üzvü yeni komandası ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Dukure karyerası ərzində “Renn”, “Uotford” və “Qranada” kimi klublarda çıxış edib.