"Fiorentina" klub tarixinin əfsanələrini sıralayıb.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi "Roma"nın çağırışını qəbul edib və öz ən yaxşılarından ibarət heyət qurub.
Florensiyalılar Fatih Terimi tarixin ən yaxşı baş məşqçisi kimi qeyd edib.
Komandanın qapı xətti Sebastian Freyə əmanət edilib. Müdafiədə Tomaş Uyfalusi, Per Kroldrup, Stefan Saviç, Xuan Manuel Varqas yer alıb.
Yarımmüdafiə Dunqa, Rui Koşta, Ciankarlo Antonyonidən ibarət olub. Hücum xəttində isə Məhəmməd Salah, Qabriel Batistuta və Adrian Mutu qərarlaşıb.
Qeyd edək ki, Terim 2000-01 mövsümündə 28 matçda komandaya rəhbərlik edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı