Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
05.06.2026 - 23:16
Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”

Fatih Terim Türkiyə futbolunun gənc ulduzları barədə danışıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Arda Gülər və Kenan Yıldızın gələcəyi ilə bağlı iddialı fikirlər səsləndirib.

Terim hər iki futbolçunun böyük potensiala sahib olduğunu bildirib:

“Arda Gülər və Kenan Yıldız gələcəkdə “Ballon d'Or” qazana bilər”.

Türkiyəli mütəxəssis Arda ilə Kenanın Avropa futbolunda daha da inkişaf edəcəyinə inandığını qeyd edib.

Qeyd edək ki, Arda Gülər “Real Madrid”də, Kenan Yıldız isə “Yuventus”da çıxış edir.