“Fənərbaxça”dan Con Duran üçün 16 milyonluq icarə planı
21.06.2025 - 14:26
“Fənərbaxça”dan Con Duran üçün 16 milyonluq icarə planı

“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən kolumbiyalı hücumçu Con Duranı heyətinə qatmaqda israrlıdır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Sercan Hamzaoğlu məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi 20 yaşlı futbolçunun icarəsi və maaşı üçün ümumilikdə 16 milyon avroluq büdcə ayırıb.

“Əl-Nəsr” hələ ki, "Fənərbaxça"nın təklifinə rəsmi cavab verməyib. 

Qeyd edək ki, Con Duran bu ilin əvvəlində İngiltərənin “Aston Villa” klubundan Səudiyyə klubuna transfer olunub.

O, 2024/25 mövsümündə “Əl-Nəsr”in heyətində 18 oyunda iştirak edib, 12 qol vurub. Bu qolların 8-i Pro Liqada, 4-ü isə Asiya Çempionlar Liqasında qeydə alınıb.