"Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var
16.01.2025 - 16:29

İtaliyanın "Torino" klubu Türkiyə təmsilçisi "Fənərbaxça"da çıxış edən Cengiz Ünder üçün təklif göndərib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Tərəflər arasında danışıqların rəsmən başladığı bildirilib.
İtaliya klubu 27 yaşlı oyunçunu satınalma variantı ilə icarəyə götürəcək.
Qeyd edək ki, 2023-cü ildən İstanbul təmsilçisinin formasını geyinən Cengiz Ünder daha əvvəl də İtaliya klubunda çıxış edib. O, 2017-2022-ci illərdə "Roma"nın uğurları üçün çalışıb.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0