“Fənərbaxça”nın iki futbolçusu zədələnib
16.12.2025 - 09:54
“Fənərbaxça” Türkiyə Super Liqasında doğma meydanda “Konyaspor”u qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma zamanı "sarı-lacivərdlilər"in iki futbolçusu zədələnib.
Matçın gedişində Con Duran və Arçi Broun zədələnərək oyunu davam etdirə bilməyiblər. Hər iki futbolçu tibbi müdaxilədən sonra əvəzlənib.
Zədələrin ciddiliyi ilə bağlı yekun rəy futbolçuların tibbi müayinəsindən sonra məlum olacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0