Daha əvvəl xəbər verdiyimiz kimi, İstanbul klubunun yeni prezidenti Sadettin Saran olub.
Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”da təhvil-təslim və mandat təqdimetmə mərasimi baş tutub.
Tədbirdə çıxış edən Sadettin Saran bildirib: “Seçkidən sonra göstərdiyiniz münasibət, həm də bu gün buraya gələrək bizimlə paylaşdığınız məlumatlar çox önəmlidir. Bundan sonra da yanımızda olacağınızı hamımız hiss etdik, bilirik və buna inanırıq.”
Daha sonra klubun keçmiş prezidenti Ali Koç söz alaraq deyib: “Bizim dövrümüzdə düzgün təhvil-təslim edə bilmədik. Amma Sadettin bəyin dönəmində davamlı olaraq məlumat mübadiləsi aparırıq. Çoxlu məlumat var, davam edən işlər var. Bizim də edə biləcəyimiz bir şey olarsa, hər zaman hazırıq".
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”