"Fənər"in yeni sponsoru bəlli olub
10.07.2025 - 15:17
Türkiyə Super Liqası təmsilçisi “Fənərbaxça” yeni sponsorluq müqaviləsi imzalayıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu ABŞ mənşəli “Chobani” şirkəti ilə əməkdaşlığa başlayacaq.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Razılaşmaya əsasən, “Chobani” şirkəti “Fənərbaxça”nın UEFA bayrağı altında keçirilən bütün turnirlərdə həm forma, həm də stadion adı sponsoru olacaq.
Qeyd edək ki, şirkətin loqosu klubun formalarının sinə hissəsində yer alacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0