"Bavariya"dan "Tottenhem"ə - rəsmi
04.02.2025 - 18:37
İngiltərə Premyer Liqası təmsilçilərindən “Tottenhem” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda “Bavariya”dan Matteyis Telli transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi Premyer Liqada çıxış edəcək.
“Bavariya” vingerin qiymətini 60 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində iştirak etdiyi 14 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB
- ÇSKA-nın baş məşqçisi: “Revanş oyununa çox ümidliyik”
0
0