
"Mançester Siti"nin türk futbolçusu İlkay Gündoğan komandasının azarkeşlərinə müraciət edib.
Apasport.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib:
"Bu il göstərdiyiniz dəstəyə görə sizlərə təşəkkür edirəm. Bilirəm ki, son vaxtlar işlər çox çətindir. “Mançester Siti”də əvvəllər heç vaxt yaşamadığımız bir hadisə baş verib. Ona görə də dəstəyinizi daha yüksək qiymətləndirirəm. Əminəm ki, 2025-ci ilin növbəti ayları bizim üçün daha yaxşı olacaq. Özümüzə inamı bərpa etməliyik”
Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə çempionatında 19 oyundan sonra 31 xalla 5-ci yerdədir.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO