"İnter" 35 milyon avroya yeni müdafiəçi tapıb
18.11.2024 - 11:14
İtaliya A Seriya təmsilçilərindən "Atalanta"nın mərkəz müdafiəçisi İsak Xin "İnter"in hədəfinə çevrilib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 2025-ci ildə müdafiə xəttini gəncləşdirməyi planlaşdırır.
Hazırkı İtaliya çempionları Xini transfer siyahılarına daxil ediblər. 25 yaşlı futbolçunun çıxışı "İnter"in baş məşqçisi Simone İnzaqi tərəfindən yüksək qiymətləndirilir.
Potensial transferin dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
İsak Xin bu mövsüm “Atalanta”nın heyətində 13 oyun keçirib. Mərkəz müdafiəçisinin hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0