İran millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı viza prosesi davam edir.
Apasport.az xəbər verir ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığma üzvlərinin pasportlarının ABŞ vizası üçün Ankaradakı səfirliyə təqdim edildiyini bildirib.
Tacın sözlərinə görə, bu addım FIFA-nın yönləndirməsi əsasında atılıb:
“Dünən FIFA İran millisi üzvlərinin pasportlarını Ankaradakı ABŞ səfirliyinə təqdim etməyimizi istədi və biz də bunu etdik”.
Federasiya rəhbəri bəzi üzvlərə viza verilməyəcəyi ehtimalına da toxunub. O, belə hal yaşanacağı təqdirdə FIFA-ya başqa qərarlar qəbul edə biləcəklərini bildirdiklərini deyib.
Tac ABŞ-ın qərarını gözlədiklərini vurğulayıb. Onun sözlərinə görə, İran millisi əvvəlcə ABŞ vizası almalı, bundan sonra Meksikaya səfər etməlidir.
Qeyd edək ki, İran millisi dünya çempionatına hazırlıq toplanışını Antalyada keçirib. Komandanın mundial oyunlarına çıxa bilməsi üçün Meksika, ABŞ və Kanadadan viza alması lazımdır. Meksika artıq İran millisinin futbolçuları, texniki və inzibati heyəti üçün viza verib. Kanada vizası ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.
- “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
- İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır
- “Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO
- Leaodan ayrılıq siqnalı – Premyer Liqa və La Liqanı istəyir
- “Beşiktaş”da yeni hədəf – Yeni məşqçi Laurinteni istəyir