İspaniya millisinin üzvü “Milan”ın radarında
12.07.2026 - 14:17
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Milan” 30 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün PSJ ilə danışıqları davam etdirir.
İspaniya millisinin üzvünün Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, karyerası ərzində “Betis”, “Elçe” və “Napoli”nin də formasını geyinən Fabian Ruiz 2022-ci ildən PSJ-də çıxış edir.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0