İspaniya Superkuboku: "Barselona"nın qələbəsi tarixə düşüb
12.01.2026 - 09:21
İspaniya Superkuboku: "Barselona"nın qələbəsi tarixə düşüb

“Barselona” İspaniya Superkubokunun finalında “Real”ı məğlub edib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutan oyunda kataloniyalılar 3:2 hesablı qələbə qazanıb.

“Barselona” ardıcıl üçüncü finaldır ki, “Real”a qalib gəlir. Bu, “el klasiko”lar tarixində ilk belə hadisədir.

“Barselona” ötən il İspaniya Kubokunda (3:2) və Superkubokunda (5:2) madridlilərə qalib gəlib.