İspaniyalı müdafiəçi A Seriyasında klubunu dəyişə bilər
26.01.2026 - 23:45
İspaniyalı müdafiəçi A Seriyasında klubunu dəyişə bilər

“Latsio”nun müdafiəçisi Mario Hila A Seriyasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu ilə “Milan” maraqlanır.

Bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Milan təmsilçisi Hilanın transferi üçün 20 milyon avro ödəməyə hazırdır. Keçidin yay transfer pəncərəsində baş tutacağı gözlənilir.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Real” Madridin gənclər komandasında çıxış etdikdən sonra 6 milyon avro qarşılığında “Latsio”ya transfer olunub. “Kral klubu” futbolçunun növbəti satışından əldə ediləcək məbləğin 50 faizinə sahibdir.