Kabo-Verdenin ən yaxşısı - Duarte matçın oyunçusu seçildi
27.06.2026 - 06:41
Kabo-Verdenin ən yaxşısı - Duarte matçın oyunçusu seçildi

Kabo-Verde millisinin futbolçusu Deroy Duarte fərdi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın H qrupunda Səudiyyə Ərəbistanına qarşı keçirilən görüşün ən yaxşı futbolçusu seçib.

Duarte 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra “Matçın oyunçusu” mükafatını qazanıb.

Qeyd edək ki, Kabo-Verde qrup mərhələsini 3 xalla 2-ci pillədə tamamlayaraq tarixində ilk dəfə 1/16 finala yüksəlib.