Kalafiori üçün Madrid yolu açılır – “Real” hərəkətə keçir
09.06.2026 - 14:47
Kalafiori üçün Madrid yolu açılır – “Real” hərəkətə keçir

“Real” heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Madrid klubu “Arsenal”ın futbolçusu Rikkardo Kalafiori ilə maraqlanır.

Di Marzionun məlumatına görə, İspaniya nəhəngi italiyalı müdafiəçini transfer siyahısına daxil edib.

O, “Real”ın yaxın zamanda London klubu ilə danışıqlara başlayacağını bildirib.

Xatırladaq ki, italyan futbolçu “Arsenal”a 2024-cü ildə “Bolonya”dan transfer olunub. 

Rikkardo Kalafiori bu mövsüm “Arsenal”ın heyətində Premyer Liqada 26 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.