Kante “Fənərbaxça”nın radarında
12.01.2026 - 22:05
“Əl-İttihad”ın futbolçusu Nqolo Kanté karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Fənərbaxça”nın diqqətindədir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul klubunun nümayəndələri sabah 34 yaşlı oyunçunun meneceri ilə görüş keçirəcək.
Qeyd edək ki, Nqolo Kanté 2023-cü ilin yayında “Çelsi” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Əl-İttihad”a keçib.
- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0