"Kayserispor"dan "Beşiktaş"a - RƏSMİ
10.09.2025 - 16:44
"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qara qartallar" "Kayserispor"dan Gökhan Sazdağını transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, İstanbul təmsilçisi 31 yaşlı sağ cinah müdafiəçisi üçün qarşı tərəfə 1,5 milyon avro ödəyəcək. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gökhan Sazdağı 2021-ci ilin yayından "Kayserispor"da çıxış edirdi.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0