Kerem Demirbay "Qalatasaray"dan ayrıldı - RƏSMİ
02.07.2025 - 13:11
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Kerem Demirbay komandanı tərk edib.
Bu barədə "sarı-qırmızılılar"ın mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2023-cü ildən "Qalatasaray"da çıxış edirdi. O, İstanbul təmsilçisinin heyətində iştirak etdiyi 76 rəsmi matçda 7 qol və 10 assistlə yadda qalıb.
- Fabreqas onu da İtaliyaya gətirir: "REAL"DAN NÖVBƏTİ TRANSFER
- “Milan”da Qlasner səsləri – Görüş 6 saatdan çox çəkdi
- Arbeloa özünü "Bayer"ə təklif etdi: TƏYİNATA QARŞIDIRLAR
- Haaland formasına görə qalmaqal – “Siti” Rikelmeni məhkəməyə verə bilər
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
0
0