Konte sabiq komandasına qayıda bilər
27.05.2025 - 12:17

Antonio Kontenin “Napoli”dən ayrılmağa yaxın olduğu bildirilir. 2024/2025 mövsümündə komandanı A Seriyası çempionluğuna daşıyan italiyalı mütəxəssislə “Yuventus” maraqlanır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər 55 yaşlı çalışdırıcının geri qayıtması üçün danışıqlara başlayıb.
“Yuventus” Konte ilə 3 illik müqavilə bağlamağa və ona illik 8 milyon avro maaş verməyə hazırdır.
Antonio Konte 2011–2014-cü illər arasında “Yuventus”un baş məşqçisi olub. Hazırda isə komandanı İqor Tudor çalışdırır.
0
0