"Kopenhagen"dən "Barsa"ya - RƏSMİ
14.07.2025 - 14:35
"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, kataloniyalılar "Kopenhagen" forması geyinən Runi Bardqini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Barsa" bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, isveçli futbolçu ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0