La Liqadan Premyer Liqaya
01.05.2025 - 14:38

İngiltərə Premyer Liqası təmsilçilərindən “Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Zubimendi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, “topçular” oyunçunu almaq üçün qarşı tərəfə 51 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Xatırladaq ki, Zubimendinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. 26 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə çıxış etdiyi 43 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı ispaniyalı oyunçunun qiymətini 60 milyon avro olaraq qiymətləndirir.
0
0