Lemina qərarını dəyişdi – “Qalatasaray”ın təklifini rədd etdi
17.07.2026 - 06:41
Lemina qərarını dəyişdi – “Qalatasaray”ın təklifini rədd etdi

Mario Lemina “Qalatasaray”ın yeni müqavilə təklifini qəbul etməyib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qabonlu yarımmüdafiəçi ilkin görüşdə İstanbul klubunun təklifinə razılıq versə də, imzadan əvvəl keçirilən son danışıqlarda qərarını dəyişib və müqavilə şərtlərini rədd edib.

Bildirilir ki, Lemina “Qalatasaray”ın təqdim etdiyi şərtlərlə razılaşmasa, tərəflər yollarını ayıracaq.

Qeyd edək ki, 32 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi ötən ay başa çatıb.