"Leypziq"in futbolçusu Kristof Baumqartner karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" avstriyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Baumqartneri mövsümün əvvəlində də heyətinə qatmaq istəmişdi. "Fənərbaxça" 26 yaşlı ön xətt oyunçusu üçün yanvar ayında yeninən hərəkətə keçəcək. Baş məşqçi Domeniko Tedesko bu transferdə israrlıdır.
Qeyd edək ki, "Leypziq" Kristof Baumqartneri 2023-cü ilin yayında "Hoffenhaym"dan 25 milyon avroya transfer edib. Avstriya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO