Linqardın yeni klubu bəlli olub - RƏSMİ
06.03.2026 - 19:24
“Mançester Yunayted”in sabiq üzvü Cessi Linqardın yeni klubunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını Braziliyada davam etdirəcək.
33 yaşlı oyunçu “Korintians”la razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Mançester Yunayted”, “Lester Siti”, “Birmingem”, “Vest Hem”, “Derbi Kaunti” və “Nottingem Forest”də çıxış etmiş Linqardın son klubu Cənubi Koreya təmsilçisi “Seul” olub.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0