İngiltərə çempionu “Liverpul” növbəti dəfə transfer rekordunu qırmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, “qırmızılar” “Nyukasl”ın hücumçusu Aleksandr İsakla prinsipial razılıq əldə edib.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Komandası ilə təlim-məşq toplanışına qoşulmayan isveçli ulduzun klubdan ayrılacağı dəqiqdir. 25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə prinsipial razılıq əldə edib.
Ötən günlərdə Luis Diazı “Bavariya”ya 75 milyon avroya satan İngiltərə klubunun “Nyukasl”a rekord məbləğdə təklif edəcəyi gözlənilir.
Qeyd edək ki, İsak keçən mövsüm komandası ilə çıxdığı 42 matçda 27 dəfə fərqlənməyi bacarıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir