“Liverpul”un futbolçusu mövsümü erkən başa vurub
11.01.2026 - 21:26
“Liverpul”un futbolçusu mövsümü erkən başa vurub

“Liverpul”da ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, İngiltərə klubunun sağ cinah müdafiəçisi Konor Bredli mövsümün qalan hissəsini buraxacaq.

Futbolçu Premyer Liqada “Arsenal”la keçirilən oyunun son dəqiqələrində zədələnib və yaxın günlərdə əməliyyat olunacaq. Bundan sonra o, bərpa prosesinə başlayacaq.

Klubun rəsmi açıqlamasında Bredlinin nə vaxt meydana qayıdacağı ilə bağlı konkret tarix göstərilməyib. “Sky Sports”un məlumatına görə isə müdafiəçi cari mövsümdə artıq forma geyinməyəcək.

Qeyd edək ki, Bredli bu mövsüm “Liverpul”un heyətində 21 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.