Luiz Enrike: “Bu məğlubiyyət heç ədalətli deyil”
06.03.2025 - 13:46
Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, PSJ doğma azarkeşləri qarşısında "Liverpul"a 0:1 hesabı ilə məğlub olub.
Fransa təmsilçisinin baş məşqçisi Luiz Enrike mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Bu nəticə heç ədalətli deyil. Çempionlar Liqasında bu mövsümkü ən kompakt oyunumuzu keçirdik. Rəqibin qapıçısını təbrik edirəm. Bircə o yaxşı çıxış etdi. Görüş ərzində "Liverpul"dan çox üstün idik".
Qeyd edək ki, bu komandaların cavab matçı martın 12-də baş tutacaq.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0