"Marsel" baş məşqçisi ilə yollarını ayırdı - YENİLƏNİB
11.02.2026 - 13:42
"Marsel" baş məşqçisi ilə yollarını ayırdı - YENİLƏNİB

“Marsel”də baş məşqçisi Roberto De Zerbi ilə yollar ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis klub rəhbərliyi ilə danışıb və postundan ayrılmağa qərar verib.

Qeyd edək ki, “Marsel” Liqa 1-də 21 turdan sonra 39 xalla 4-cü sırada qərarlaşıb.